
Koman “Əl-Nəsr”ə keçidində Ronaldonun rolundan danışdı
“Əl-Nəsr”in yeni transferi Kinqsli Koman Səudiyyə Ərəbistanına keçidində Kriştiano Ronaldonun rolundan danışıb.
Komanda.az “Telefoot”-a istinadən xəbər verir ki, fransalı vinger, Ronaldo ilə əlaqə saxladığını, amma qərarını demək olar ki, əvvəlcədən verdiyini bildirib:
“Ronaldo mənə zəng etdi, amma o vaxt artıq razılığımı demək olar ki, vermişdim. O, mənə burada son illərdə titulların olmadığını və qələbələr qazanmaq istədiklərini söylədi. Mən tez-tez qələbələr yaşamışam, o isə istədi ki, bu təcrübəni komandaya gətirim”.
2025-ci ilin avqustunda “Bayern”dən ayrılan Koman “Əl-Nəsr”ın futbolçusu olub. O, artıq yeni klubunda bütün turnirlərdə 4 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



