
Ronaldo müqaviləsini danışmağa getdi
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə çox yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Əl Nəsr”lə danışıqların yekun mərhələsi üçün bu ölkəyə yollanıb. 37 yaşlı futbolçunun orada qalıb-qalmayacağı danışıqlardan asılı olacaq.
İddia olunur ki, “Əl Nəsr” rəhbərliyi Ronaldoya müddət 2,5 il, dəyəri 200 milyon avro olan müqavilə təklif edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin