
Ronaldo milliyə dəvət aldığını özü açıqladı
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo milli komandanın iştirak ərizəsinə daxil edilib.
Komanda.az xəbər verir ki bu barədə portuqaliyalı futbolçu “tvitter” səhifəsində məlumat yayıb.
Xatırladaq ki, sentyabrda Portuqaliya millisi AÇ-2024-ün seçmə mərhələsində iki oyun keçirəcək. Sentyabrın 8-də Roberto Martinesin komandası Slovakiya ilə görüşəcək. Daha sonra onlar sentyabrın 11-də Lüksemburqla qarşılaşacaqlar.
Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanında 4 oyuna çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin