“Ronaldo Messinin səviyyəsinə yaxın belə, deyil” – Keçmiş futbolçu

Futbol mütəxəssisi Cimi Karrager “İnter Mayami”nin hücumçusu Lionel Messi ilə “Əl-Nəsr”in forvardı Kriştiano Ronaldonun oyun səviyyəsini müqayisə edib.

Komanda.az “CBS Sports Golazo”-ya istinadən xəbər verir ki, sabiq futbolçu Messi və Ronaldo müqayisəsinin heç vaxt düzgün olmadığını bildirib:

“Messi və Ronaldo arasındakı mübahisə nəhayət, həll olundu? Bu mübahisə heç vaxt olmayıb. Ronaldo Messinin səviyyəsinə yaxın belə, deyil. Ronaldo bütün zamanların ən yaxşı qol vuran oyunçularından biridir, Messi isə bütün zamanların ən yaxşı futbolçusudur. Heç yaxın deyillər.

Vaxt var idi ki, yalnız Ronaldo qol vurduğuna görə yaxın idilər. Və Messi qollar vurdu, inanılmaz oyunçu olduğunu göstərdi. Düşünürəm ki, o vaxtlar heç müqayisə edilə bilməzdilər.

Ronaldo “Mançester Yunayted”də zirvəyə çatmadı, “Real”da yaxşı idi. Ancaq bir şeyi deyəcəm: o, Messi deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button