Ronaldo Maradonaya çatdı, antirekorda imza atdı

Portuqaliya millisinin lideri Kriştiano Ronaldo 2018-ci ildən bəri ilk dəfə böyük turnirlərdə (Avropa və dünya çempionatlarının final mərhələlərində) əsas heyətdə yer almadı.

Komanda.az xəbər verir ki, ulduz oyunçu Qətərdə keçirilən mundialın İsveçrə ilə 1/8 final matçına ehtiyat oyunçular skamyasında başladı.

O, matçın 73-cü dəqiqəsində meydana çıxmaqla argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın nəticəsini təkrarlayıb. O, mundiallarda oyun sayını 21-ə yüksəldib. Beləliklə Kriştiano DÇ-lərdə bu sayda görüşdə forma şansı qazanan Maradonaya, eləcə də Uve Zeeler (AFR) və Vladislav Jmudaya çatıb.

Dünya birinciliklərində daha çox oynamış 4 futbolçu var. Lotar Mateus 25, Miroslav Kloze 24, Paolo Maldini və Lionel Messi isə DÇ-lərdə hərəyə 23 matç keçiriblər.

Ronaldo Qətərdə keçirilən dünya çempionatında antirekorda da imza atıb. O, bu mundialda ən çox oyundankənar vəziyyətə düşən futbolçudur. 37 yaşlı hücumçu 7 dəfə belə halla üzləşib. Təcrübəli forvard son olaraq İsveçrə ilə matçda belə uğursuzluqla üzləşib. O, hətta 83-cü dəqiqədə topu qapıdan keçirsə də, qol hesaba alınmayıb.

Bu göstəriciyə görə İspaniya yığmasının futbolçusu Alvaro Morata ikinci sıradadır. 30 yaşlı hücumçu 5 dəfə ofsayda düşüb.

Xatırladaq ki, Portuqaliya 1/4 finalda Mərakeşlə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button