Ten Haq Ronaldo haqda danışdı
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq hücumçu Kriştiano Ronaldonun komandada qalacağını bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Ronaldonun klubda xoşbəxt olduğunu deyib:
“Biz eyni dalğadayıq. Ronaldo klubda qalmaqdan xoşbəxtdir, əks halda, burda olmazdı. Əvvəldən deyirdik ki, Ronaldo ilə gələcək planlaşdırırıq. Biz onunla xoşbəxtik, o, burda olmaqdan xoşbəxtdir və mövsümü birlikdə uğurlu keçirmək istəyirik. Aydındır ki, heyəti gücləndirmişik.
Mən həmişə maksimumları istəyirəm, lakin sahib olduqlarınla xoşbəxt olmalısan. Bu həm də fərdlərin inkişaf etdirilməsi, komandanın daha güclü və sabit olması, keyfiyyətin yüksəldilməsidir. İndi üzərində işləməli olduğumuz şey budur”.
Ronaldo bu mövsüm “Mançester Yunayted”in heyətində 3 oyunda iştirak edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin