MY-dən ayrılacağı deyilən Ronaldo ilə bağlı yeni xəbər

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo bu yay komandadan ayrılmaq fikrində deyil.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, futbolçunun karyerasını davam etdirmək üçün özünə yeni komanda axtardığı bildirilirdi. Lakin 37 yaşlı portuqaliyalı tezliklə komandaya qayıdacaq və növbəti mövsümün hazırlığına başlayacaq.

Mətbuat Robert Levandovskinin ayrılacağı təqdirdə, Ronaldonun karyerasını “Bayern”də davam etdirə biləcəyini də yazıb.

Portuqaliyalı futbolçu ötən mövsüm “qırmızı şeytanlar”ın heyətində 38 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Bizi Telegramda izləyin