“Mançester Yunayted”ə qayıdanda çox xoşbəxt idim” – Ronaldo

“Mançester Yunayted”in keçmiş hücumçusu Kriştiano Ronaldo 2021-ci ildə kluba qayıdışı barədə fikirlərini bölüşüb.

Komanda.az “The United Stand”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu “Mançester Yunayted”ə qayıdanda çox xoşbəxt olduğunu bildirib:

“Mançester Yunayted”ə qayıdanda çox xoşbəxt idim. Ən çox qol vuranlardan biri idim və inanılmaz şeylər əldə etdim. 37 yaşım var idi, amma ilk mövsümümdə 18 qolla Premyer Liqanın bombardirləri sırasında ilk üçlükdə qərar tutmuşdum. Çempionlar Liqasının qrup mərhələsinin hər oyununda qol vurdum. Hər şey əla idi”.

Ronaldo 2022-ci ilin payızında baş məşqçi Erik ten Haqla aralarındakı münaqişəyə görə “Mançester Yunayted”dən azad agent kimi ayrılıb. 39 yaşlı forvard hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button