Ronaldo məhkəməyə verildi
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo “Binance” kriptovalyuta birjasının reklamı və təşviqi ilə əlaqədar ABŞ-da məhkəməyə verilib.
Komanda.az “Cointelegraph”-a istinadən xəbər verir ki, Florida ştatının ABŞ-ın Dairə Məhkəməsində qaldırılan iddiada qeyd olunur ki, “Binance” birjası portuqaliyalı futbolçunun köməyi ilə qeydiyyatdan keçməmiş qiymətli kağızlara investisiya cəlb edib və buna görə də iddiaçılar zərər çəkiblər. Buna əsaslanaraq, iddiaçılar dəymiş ziyanın və məhkəmə xərclərinin tam ödənilməsini tələb edirlər.
Ronaldo bu qış “Mançester Yunayted”dən “Əl-Nəsr”ə keçib. 38 yaşlı forvard bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 13 oyun keçirib, 15 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin