“Ronaldo əla oğlandır, çox mehribandır”

MMA döyüşçüsü Frensis Nqannunun məşqçisi Erik Niksik PFL turniri öncəsi portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə nə danışdığını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Ronaldonun enerjisini bəyəndiyini bildirib:

“O nə dedi? O, Frensisdən yaxşı enerji hiss etdiyini qeyd etdi. Ronaldonun meqastar olduğunu başa düşürəm, amma… Sadəcə oturub söhbət edirdik və o, komandanın sıradan üzvü kimi görünürdü. Oğlu orda idi, biz də danışırdıq.

Ronaldonun enerjisini bəyəndim. Kriştiano məsuliyyətini dərk edən ən yüksək səviyyəli idmançıdır. O, əla oğlandır, çox mehribandır”.

“Əl-Nəsr”də forma geyinən Ronaldo Səudiyyə Ərəbistanında keçirilən turnirdə kamerunlu idmançının birinci raundda nokautla qalib gəldiyi Renan Ferreyra ilə döyüşünə qatılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button