Ronaldo məşqə çıxdı

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının “Brayton”la oyunundan öncə məşq keçib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Kriştiano Ronaldo da məşqdə iştirak edib. Daha əvvəl 37 yaşlı portuqaliyalı hücumçunun yay transfer pəncərəsində klubu tərk edə biləcəyi bildirilirdi.

Avqustun 2-də “qırmızı şeytanlar”ın bir neçə futbolçusu, o cümlədən Ronaldo “Rayo Valyekano” ilə yoxlama oyununun ikinci hissəsi zamanı final fitini gözləmədən “Old Trafford” stadionunu tərk edib.

“Mançester Yunayted” – “Brayton” matçı avqustun 7-də keçiriləcək.

Bizi Telegramda izləyin