Ronaldo tanınmış qapıçını “Əl-Nəsr”ə dəvət etmək istəyir

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo komandasına yeni qapıçı seçib.

Komanda.az “TBR Football”-a istinadən xəbər verir ki, 39 yaşlı portuqaliyalı forvard ispaniyalı qolkiper David de Xeanı Səudiyyə Ərəbistanı klubuna dəvət etmək istəyir.

Ronaldo bu barədə “Əl-Nəsr”in rəhbərliyi ilə danışıb. O, hesab edir ki, De Xea klub üçün əla transfer olacaq.

Hazırda qolkiper azad agent statusundadır. Onun son iş yeri İngiltərənin “Mançester Yunayted” klubu olub. De Xea ötən yay MY-ni tərk edib və hələ də işsizdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button