![](https://komanda.az/wp-content/uploads/2023/01/Ronaldo-Al-Nasr.jpg)
“Əminəm ki, Ronaldo “Əl-Nəsr”də 1000 qol vuracaq və biz böyük bir ziyafət təşkil edəcəyik”
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun kommersiya direktoru Jordi Durante Kriştiano Ronaldonun 1000 qol vurmaq iddiasından danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi, portuqaliyalı hücumçunun komandada hər kəsə kömək etdiyini bildirib:
“Ronaldo komandada hər kəsə kömək edir, onun peşəkarlığı hər şeydə göz qabağındadır. Əminəm ki, o, “Əl-Nəsr”dəki çıxışı zamanı 1000 qol vuracaq və biz böyük bir ziyafət təşkil edəcəyik”.
40 yaşlı forvard ötən gün “Əl-Nəsr”in heyətində daha bir qol vurub. O, Səudiyyə Ərəbistanı çempionatında “Əl-Faiha” (3:0) ilə matçda fərqlənib. Onun aktivində hazırda 924 qol var və klubu ilə müqaviləsi bu ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin