Ronaldo klublarını sata bilər
Braziliyanın “Kruzeyro” və İspaniyanın “Valyadolid” klublarının prezidenti Ronaldo bu komandaları sata biləcəyini bildirib.
Komanda.az “Globo”-ya istinadən xəbər verir ki, sabiq futbolçu hər iki komandanın gələcəyi ilə bağlı dəqiq fikir söyləməyib:
“Bu klublarda qalmağa davam edəcəyimi deyə bilmərəm. Bir ölkədən digərinə keçmək çox yorucu idi, amma hələlik bu klubları idarə etməkdən həzz alıram. Gələcəyin necə olacağını deyə bilmərəm”.
Mövsümün sonunda “Kruzeyro” Braziliya A Seriyasında 14-cü yeri tutub. “Valyadolid” İspaniya Sequndasında 19 matçdan sonra 35 xalla ikinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin