Ronaldo karyerasını bitirəcəyi klubun adını açıqlayıb

“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo karyerasını nə vaxt bitirməyi planlaşdırdığını deyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, karyerasını Səudiyyə Ərəbistanı çempionatında sonladıracağını söyləyib:

“Tezliklə, yoxsa iki və ya üç ildən sonra təqaüdə çıxacağımı bilmirəm. Amma yəqin ki, bunu “Əl-Nəsr”də edəcəm. Mən burada xoşbəxtəm. Bu çempionatda oynamağı xoşlayıram, bunu davam etdirmək istəyirəm”.

39 yaşlı hücumçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. O, yeni mövsümdə 3 matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button