Ronaldo tezliklə karyerası ilə bağlı qərar verəcək

Kriştiano Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir və yaxın vaxtlarda karyerasını başa vurmağı planlaşdırmır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun “Əl-Nəsr”lə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq. Buna baxmayaraq, o, ən azı daha iki il peşəkar səviyyədə futbol oynamaq niyyətindədir.

40 yaşlı futbolçu yaxın günlərdə karyerasını hansı komandada davam etdirəcəyinə dair qərar verəcək.

Ronaldo “Əl-Nəsr”ə 2023-cü ilin əvvəlində qoşulub. O, cari mövsümdə 39 oyunda iştirak edib, 33 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button