Ronaldo karantin vaxtı qardaşı oğlunun doğum günündə
İtaliya çempionu “Yuventus”un futbolçusu Kriştiano Ronaldo karantin rejiminə baxmayaraq, ailəsi ilə birlikdə qardaşı oğlunun doğum günü partisində işirak edib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, şənlikdə yaxın ailələrin üzvlərindən ibarət xeyli insan olub.
Qeyd edək ki, Ronaldo son günlərdə bir neçə dəfə karantin rejiminə əməl etməməklə gündəmə gəlib.
İtaliya A Seriyası 26-cı turdan sonra dayandırılıb. Çempionatın nə vaxt bərpa olunacağı isə bəlli deyil. Ronaldo da bundan yararlanaraq vətəni Portuqaliyada istirahət edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin