Ronaldo İsveç millisi ilə matçı buraxacaq

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo İsveçə qarşı keçiriləcək yoldaşlıq oyununda iştirak etməyəcək.

Komanda.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Roberto Martines 39 yaşlı hücumçunu oyun üçün 23 nəfərlik heyətə daxil etməyib.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Ronaldonun Sloveniya ilə yoldaşlıq matçından əvvəl komandaya qoşulacağı bildirilib.

Portuqaliya millisi martın 21-də İsveç, beş gün sonra isə Sloveniya ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button