Ronaldo İsveçrə ilə matçda olmayacaq
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo UEFA Millətlər Liqasının 4-cü turunda İsveçrə ilə oyunu buraxacaq.
Komanda.az xəbər verir ki, bu barədə millinin baş məşqçisi Fernando Santos matç öncəsi keçirilən mətbuat konfransında bildirib. Baş məşqçi 37 yaşlı oyunçuya erkən istirahət vermək qərarına gəlib O, Ronaldo ilə yanaşı, Rafael Gerreyro və Joao Moutinyoya da bu imkanı yaradıb. Baş məşqçinin dediyinə görə, ehtiyatda cəmi 23 oyunçu ola bildiyi halda İsveçrəyə 26 futbolçu ilə getməyin mənası yoxdur.
İsveçrə ilə Portuqaliya arasında oyun saat 22:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin