Ronaldo: “Biz bunu belə edirik!”

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo komandasının 25-ci turda “Əl-Tai” ilə oyunda (5:1) çıxışını şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabındakı paylaşımda belə yazıb:

“Biz bunu belə edirik! İnanılmaz qələbə və daha bir het-trik!”

39 yaşlı portuqaliyalı futbolçu het-triklə “Əl-Nəsr”ə qələbə qazandırıb. Rəqib komanda 36-cı dəqiqədən sonra 10 nəfərlə oynayıb.

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında 59 xal toplayıb və turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button