
Pioli qovula bilər – Ronaldoya görə
Stefano Pioli Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun baş məşqçisi vəzifəsindən uzaqlaşdırıla bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandanın portuqaliyalı hücumçusu Kriştiano Ronaldo ilə fikir ayrılığına görə istefaya göndərilməyə hazırlaşır.
Bundan əlavə, klub rəhbərliyi komandanın cari mövsümdəki nəticələrindən də narazıdır.
Piolinin karyerasını davam etdirmək variantları arasında “Roma”nın adı çəkilir. O, paytaxt klubunda Klaudio Ranyerini əvəz edə bilər.
Stefano Pioli ötən ilin sentyabrından “Əl-Nəsr”i çalışdırır. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin iyunun sonuna kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin