Ronaldo ilə bağlı xəbər saxta çıxdı

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun “Bayer”ə (Leverkuzen) mümkün transferi ilə bağlı ortaya çıxan məlumatın həqiqətə uyğun olmadığı məlum olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu informasiyanı yayan insayder heç bir məlumat mənbəyi təqdim etməyib. Əvvəllər oxşar xəbərlər “Bild”-ə keçidlə LLF hesabında dərc edilmişdi. Ancaq Almaniya nəşrinin jurnalistləri belə bir portalın (nəşrin və ya saytın) olmadığını bildirmişdilər. Maraqlıdır ki, LLF “La Liga Frauds” (La Liqadan fırıldaqçılar) deməkdir.

Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanında çıxış edir. Onunla “Əl-Nəsr” arasındakı hazırkı müqavilə 2025-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button