Ronaldo ələ salındı

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı superkubokunun yarımfinalında “Əl-Taavon”la oyundan (2:0) sonra söz hücumuna məruz qalıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu görüşdə bir qol vurub və bir məhsuldar ötürmə edib. Lakin o, öz ünvanına heç bir xoş söz eşitməyib, əksinə, azarkeşlər Ronaldoya nifrətlə hücum ediblər:

“AÇ-2024-də real rəqiblərə qarşı 0 qol. O, ancaq dəvə liqasında qol vura bilər. Bu, onun səviyyəsidir! Ha-ha, o, ancaq Səudiyyə Ərəbistanında qol vura bilər. Tribunada azarkeş yoxdur, onun qol vurduğuna əminsizmi?”

Səudiyyə Ərəbistanı superkubokunun final oyununda “Əl-Nəsr” “Əl-Hilal”la qarşılaşacaq. Oyun avqustun 17-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button