“Ronaldo heç vaxt Liqa 1-də oynamayıb”

“Brest”in baş məşqçisi Erik Roy “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun sözlərinə münasibət bildirib.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı mütəxəssis Ronaldonu Liqa 1-də oynamağa dəvət edib:

“Mən onu bura dəvət edirəm. Bilmirəm, o, belə bir jesti qiymətləndirərdi, ya yox. Mən onunla razılaşmadığım üçün deyil, amma Ronaldo heç vaxt Liqa 1-də oynamayıb. O, necə müqayisə edə bilər? Bu, onun fikridir, biz ona hörmət edirik. Amma burada deyiləcək başqa bir şey yoxdur”.

Portuqaliyalı forvard “Globe Soccer Awards” mərasimində Səudiyyə Ərəbistanı çempionatının artıq Fransa liqasından üstün olduğunu bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button