
Ronaldo: “Möhtəşəm qələbə mənim qollarıma görə deyildi”
“Əl-Nəsr” dünən derbidə “Əl-Hilal”ı 3:1 hesabı ilə məğlub edib. Komandanın hücumçusu Kriştiano Ronaldo bu matçda iki qolla yadda qalıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bu qələbənin onun qollarına görə olmadığını deyib:
“Möhtəşəm qələbə mənim qollarıma görə deyildi. “Əl-Hilal”a qarşı oyunda iki qol vurduğum üçün xoşbəxtəm, amma ən əsası derbidə qalib gəlməkdir. Biz evdə fantastik komandaya qarşı oynadıq, bu, həmişə çətin olur. Bunu dəyərləndirib irəli getməliyik. Qarşıda 9 liqa oyunu və bir Çempionlar Liqası matçı var. Hər şeyə inanmaq lazımdır”.
Ronaldo karyerasında min qol həddinə bir az da yaxınlaşıb. Hazırda onun aktivində ümumilikdə 931 qol var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



