Ronaldo: “Hər mövsümdən zövq alıram”
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo İrlandiya millisi ilə yoldaşlıq görüşündə (3:0) dublu haqda danışıb.
Komanda.az “SportTV”-yə istinadən xəbər verir ki, 39 yaşlı futbolçu qol vurmağın həmişə gözəl olduğunu bildirib:
“Qol vurmaq həmişə gözəldir, mən bunu böyük məmnuniyyətlə edirəm. Bilirəm ki, futbola çox vaxtım yoxdur. 35 ildən sonra hər mövsümü məmnuniyyətlə keçirirəm. Hər mövsümdən zövq alıram. İndi nə xəyal edirəm? Milli komanda ilə kubok haqqında düşünürəm”.
Avropa çempionatı iyunun 14-də Almaniyada başlayacaq. Turnir iyulun 14-dək davam edəcək. Portuqaliya millisi AÇ-2024-ün favoritlərindən biri hesab olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin