![](https://komanda.az/wp-content/uploads/2023/09/kristiano-ronaldo-1-735x470.jpg)
Ronaldo hədəfini açıqladı
Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo karyerasını bitirməzdən əvvəl hədəfini açıqlayıb.
Komanda.az “Telefoot”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu məqsədinin min qol vurmaq olduğunu bildirib:
“1000 qol vurmaq mənim məqsədimdir. Əsas odur ki, bütün hədəflərim söhbətlərimdə təsdiqlənib”.
40 yaşlı hücumçunun aktivində hazırda 924 qol var. O, 2022-ci ilin sonunda Səudiyyə Ərəbistanı klubuna keçib və 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb. Onun “Əl-Nəsr”lə əməkdaşlığını 2026-cı ilə qədər uzatdığı barədə məlumatlar yayılıb.
Ronaldo bu mövsüm iştirak etdiyi 25 oyunda 23 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin