Keçmiş futbolçu: “Ronaldo futbol oynamağı bilmir”

İtaliya millisinin və “Real”ın sabiq hücumçusu Antonio Kassano Kriştiano Ronaldonu tənqid edib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu, Ronaldonun futbol oynamağı bilmədiyini söyləyib:

“Ronaldo futbol oynamağı bilmir. O, 3000 qol vura bilər. Kərim Benzema, Robert Levandovski və Luis Suares komanda ilə əlaqə qurmağı bacarırdılar. Bu uşaqlar Kriştianodan fərqli olaraq çox şey edə bilərdilər. Ronaldonun meydanda yeganə məqsədi qol vurmaqdır”.

39 yaşlı portuqaliyalı forvard hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button