Ronaldo Ferqyusonla tez-tez niyə görüşür?

“Mançester Yunayted”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo İngiltərə klubundakı gələcəyi haqqında düşünür.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, 37 yaşlı portuqaliyalı futbolçu son zamanlar “qırmızı şeytanlar”ın sabiq baş məşqçisi Aleks Ferqyusonla müntəzəm olaraq görüşərək, komandada qalma perspektivlərini müzakirə edib.

Ronaldo 2021-ci ilin yayında “Mançester Yunayted”ə qayıdıb. O, bu mövsüm Premyer Liqada 30 oyuna çıxıb, 18 qol vurub və 3 məhsuldar ötürmə edib.

Ronaldo yayda “Mançester Yunayted”i tərk etməsə, karyerasında ilk dəfə Çempionlar Liqasında oynamaya bilər.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button