“Ronaldo, evinə get!”
“Valyadolid” İspaniya çempionatının turnir cədvəlində sonuncu yerdə qərarlaşıb. Komanda bu mövsüm La Liqanın 15 oyununda cəmi 9 xal toplaya bilib. Təbii ki, azarkeşlər bu vəziyyətdən çox narazıdırlar.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar baş verənlərdə klubun prezidenti, braziliyalı sabiq futbolçu Ronaldonu günahkar hesab edirlər. Son turda “Atletiko”ya qarşı matçdan əvvəl, oyun zamanı və sonra “Valyadolid” azarkeşləri Ronaldonun əleyhinə etiraz aksiyası keçiriblər. Onlar “Ronaldo, evinə get!” şüarları səsləndiriblər.
“Valyadolid” evdə keçirilən matçda “Atletiko”ya 0:5 hesabı ilə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin