Ronaldo “Əl-Nəsr”in ortaq sahibi ola bilər
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo müqaviləsini uzatdıqdan sonra Səudiyyə Ərəbistanı klubunun ortaq sahibi ola bilər.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu paytaxt klubunun payının beş faizini ala bilər.
39 yaşlı oyunçunun daha əvvəl maliyyə şərtlərini (mövsümə 200 milyon avro) saxlamaqla, cari mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləni daha bir il uzatmaq qərarına gəldiyi barədə xəbərlər yayılmışdı.
Ronaldo cari Səudiyyə Ərəbistanı çempionatında 13 oyunda 11 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin