
Ronaldo “Əl-Nəsr”lə yeni müqavilə imzaladı
“Əl-Nəsr” futbolçusu Kriştiano Ronaldo ilə yeni müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.
40 yaşlı hücumçunun yeni sözləşməsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Ronaldo 2023-cü ilin yayından “Əl-Nəsr”də çıxış edir. Portuqaliyalı hücumçu başa çatan mövsümdə komandasının heyətində 41 oyuna çıxaraq 35 qol vurub və 4 qolun ötürməsini edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



