Ronaldo: “Mbappe “Real”a keçsə, çox yaxşı seçim edəcək”

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Kilian Mbappenin PSJ-dən “Real”a mümkün transferini şərh edib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, bunları deyib:

“Mbappe “Real”a keçsə, çox yaxşı seçim edəcək. Bundan sonra o, nəhayət ki, “qızıl top”u ala biləcək”.

Fevralın 15-də Mbappenin PSJ rəhbərliyinə bu yay klubu tərk etmək qərarına gəldiyi barədə məlumat yayılıb.

25 yaşlı fransalı futbolçu bu mövsüm 35 oyun keçirib, 34 qol vurub və 7 məhsuldar ötürmə edib.

Ronaldo 2009-2018-ci illərdə “Real”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button