Ronaldonun “əbədi ən yaxşı dostlar”ı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqası kuboku ilə bağlı fotosunu yayıb.

Komanda.az xəbər verir ki, portuqaliyalı futbolçu sosial şəbəkədə paylaşdığı fotonun altında bunu yazıb:

“Əbədi ən yaxşı dostlar. 183 oyun, 140 qol, 5 titul”.

Ronaldo “Mançester Yunayted” və “Real”la UEFA Çempionlar Liqasının qalibi olub. O, 2023-cü ilin əvvəlində “Əl-Nəsr”lə müqavilə imzalayaraq Səudiyyə Ərəbistanına köçüb. Tərəflər arasındakı müqavilə gələn ilin ortalarına qədər qüvvədədir. 39 yaşlı futbolçu ölkə çempionatının ötən mövsümündə 35 qol vuraraq bombardir olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button