
Bekhem: “Ronaldonu məşqçi kimi təsəvvür etmirəm”
İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Devid Bekhem Kriştiano Ronaldonun futbolçu karyerasını bitirdikdən sonra nə ilə məşğul olacağı barədə fikirlərini bölüşüb.
Komanda.az “Tribal Football”-a istinadən xəbər verir ki, o, Ronaldonu məşqçi kimi təsəvvür etmədiyini bildirib:
“Ronaldonu məşqçi kimi təsəvvür etmirəm. Düşünürəm ki, o, gələcəkdə futbol klubuna sahib olmaq istəyəcək. Kriştiano üçün məşqçilikdən daha vacib məqsədlər var. O, dünyanı fəth etmək istəyən bir insandır”.
40 yaşlı portuqaliyalı hücumçu hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



