Ronaldo dünya rekorduna yaxınlaşdı

İsrail yığması ilə yoxlama oyunu Portuqaliya milli komandasının hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, komandasının 4:0 hesablı qələbəyə sevindiyi qollardan birini məhz 35 yaşlı hücumçu vurub.

Bu oyunda dubla imza atan Bruno Fernandesin ötürməsini qola çevirən Ronaldo, bununla da yığma komandanın heyətində vurduğu topların sayını 104-ə çatdırıb. Nəticədə “Qızıl top”un beşqat sahibi millidəki qollarının sayına görə dünya rekorduna bir qədər də yaxınlaşıb.

Qeyd edək ki, millidə ən çox qol vuran futbolçu İran yığmasının keçmiş hücumçusu Əli Daeidir. O, millidə keçirdiyi 149 oyunda rəqib qapılarına 109 dəfə yol tapıb. Bir sözlə, Ronaldonun dünya rekorduna çatmasına beş qol qalıb.

Qeyd edək ki, Ronaldo Portuqaliya yığmasında 104 qolu 175 oyunda vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button