”Ronaldo dedi ki, Messi indiyə qədər gördüyü ən yaxşı futbolçudur“

Məşhur britaniyalı jurnalist Pirs Morqan “Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ilə söhbətini xatırladıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar “İnter Mayami”nin hücumçusu Lionel Messini müzakirə ediblər:

“Bir gün Ronaldo ilə Messi haqqında danışırdım və o, mənə dedi ki, Messi indiyə qədər gördüyü ən yaxşı futbolçudur. Sonra güldü və əlavə etdi: “Mən özümü belə görmürəm”. Və o, gülməyə davam etdi”.

Fevralın 5-də Ronaldonun 40 yaşı tamam olub. Portuqaliyalı futbolçu bu mövsüm bütün turnirlərdə 25 oyunda iştirak edib, 23 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button