Ronaldo daha 200 milyon avro qazanacaq

“Əl Nəsr”ın hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının 2030-cu il dünya çempionatına namizədliyinin səfiri olacağı təqdirdə 200 milyon avro alacaq.

Komanda.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Məlumatda bildirilir ki, portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanının 2030-cu il dünya çempionatına namizədliyi üçün səfir olacaq və buna görə ona 200 milyon avro ödəniləcək.

Ronaldo 2022-ci ilin dekabr ayının sonunda “Əl Nəsr”ə azad agent kimi qoşulub. O, yeni klubu ilə illik 200 milyon avro maaşla, 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button