Ronaldo dəstək aksiyasında iştirak etdi

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo klubun futbolçuları ilə birlikdə sağlamlıq imkanları məhdud uşaqlara dəstək aksiyasında iştirak edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, azyaşlı azarkeşlərə klubun Karrinqtondakı təlim-məşq bazasına baş çəkmək imkanı verilib. Uşaqlar futbolçulardan avtoqraf alıb, Mançester klubunun ulduzları ilə şəkil çəkdirib və məşq mərkəzinə ekskursiyada iştirak ediblər.

Ronaldo bir neçə uşaqla şəkil çəkdirərək, sosial şəbəkə hesabında paylaşım edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button