Ronaldo Corcinadan ayrılır – Çox pul xərcləyir

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo tezliklə sevgilisi Corcina Rodriqesdən ayrıldığını elan edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ronaldonun anasının dostu Dolores Aveiro məlumat verib.

“Corcina gününü həmişə ticarət mərkəzlərində keçirir. Ona görə də, Ronaldonu əsəbiləşdirir. O, xərcləyir, xərcləyir və başqa heç nə etmədən xərcləyir” – deyə, Aveiro bildirib.

Cütlük 2016-cı ildən münasibətdədir. Onlar Rodriqesin işlədiyi mağazada tanış olublar.

38 yaşlı portuqaliyalı futbolçu bu mövsüm “Əl Nəsr”in heyətində 11 oyuna çıxıb, 11 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button