Ronaldo cəzalandırılacaq? – “O, tualetə getdiyini deyəcək”

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanı superkubokunda komandasının məğlubiyyətindən sonra ikinci yer üçün medalını almağa getməkdən imtina etdiyinə görə cəzalandırıla biləcəyi ilə bağlı şayiələr var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ərəb jurnalist Vəlid əl-Fərəc portuqaliyalı forvardın cəzalandırılmasının mümkünlüyünə inanmır:

“O, tualetə getdiyini deyəcək. Bu, məqbul bir bəhanədir. Bəs onda ona nə deyəcəksiz?”

“Əl-Hilal” superkubok matçında “Əl-Nəsr”i 4:1 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button