Messi Ronaldonu Səudiyyə Ərəbistanında da rahat buraxmır – FOTO

Səudiyyə Ərəbistanı Futbol Federasiyası “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonu cəzalandıra bilər.

Komanda.az xəbər verir ki, buna səbəb Ronaldonun ötən gün “Əl-Şabab”la çempionat oyunundan sonra rəqib azarkeşlərə qeyri-etik jest etməsi olub. O, azarkeşlərin “Messi, Messi” şüarlarına cavab olaraq bu hərəkəti edib.

Artıq yerli federasiyanın portuqaliyalı futbolçunun bu davranışına görə araşdırma apardığı bildirilib.

“Əl-Nəsr”in 3:2 hesabı ilə qalib gəldiyi matçda Ronaldo bir qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button