Ronaldo bu hərəkəti ilə “üsyan” etdi

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo “Totennhem”lə oyunun (2:0) final fitindən əvvəl stadionu tərk edib.

Komanda.az “The Athletic-ə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu “Tottenhem”lə matç bitməmiş paltardəyişmə otağından çıxıb gedib.

Xəbərdə bildirilir ki, oyun ərzində ehtiyatda olan Ronaldo “Mançester Yunayted”in stadionunu tərk edib, komandası qələbəni qeyd edən zaman o, paltardəyişmə otağında olmayıb.

“Qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq hücumçunun bu hərəkətinə reaksiya verərək, bununla məşğul olacağını bildirib.

Ronaldo bu mövsüm Premyer Liqada 8 oyuna çıxıb, 1 qol vurub.

Mətbuatda hücumçunun qış transfer pəncərəsində “Mançester Yunayted”dən ayrılmaq istəməsi ilə bağlı xəbərlər gəzir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button