Benites “Real”dan Ronaldoya görə ayrılıb?

“Real”ın keçmiş baş məşqçisi Rafael Benites portuqaliyalı hücumçu Kriştiano Ronaldo ilə münaqişəsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, Ronaldo ilə aralarında heç bir münaqişəli vəziyyətin olmadığını söyləyib:

“Real”dan Kriştianoya görə ayrıldım? Xeyr, bu yalandır. Aramızda heç bir münaqişəli vəziyyət yox idi. Ronaldo böyük futbolçu və fenomendir. Getməyim klubdaxili problemlərə görə idi, amma bunun Ronaldo ilə heç bir əlaqəsi yoxdur”.

Benites 2015-2016-cı illərdə “kral klubu”nun baş məşqçi postunu tutub. Ronaldo isə hazırda Səudiyyə Ərəbistanı çempionatında çıxış edir. 40 yaşlı hücumçu “Əl-Nəsr”ın rənglərini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button