
Ronaldo “Real”ın futbolçusunu təriflədi
“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo “Real”ın yarımmüdafiəçisi Çud Bellingemin potensialını dəyərləndirib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, Bellingemi böyük istedad adlandırıb və onun “qızıl top”u qazanacağını proqnozlaşdırıb:
“Çud Bellingem böyük istedaddır. O, “qızıl top”u qazana bilər”.
27 yaşlı futbolçu dekabrın 27-də “Globe Soccer Awards”-dan ilin ən yaxşı yarımmüdafiəçisi kimi mükafatını alıb. O, İspaniya La Liqasında ötən ayın ən yaxşı futbolçusu kimi də tanınıb. Bellingem dekabrda İspaniya çempionatında 5 matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin