“Bayern”in fəlsəfəsinə uyğun deyil- Ronaldo
“Bayern”in icraçı direktoru Oliver Kan klubun portuqaliyalı hücumçu Kriştiano Ronaldo ilə maraqlanması ilə bağlı yayılan məlumatların doğru olub-olmamasına cavab verib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Kan, 37 yaşlı fubolçunun onların fəlsəfəsinə uyğun gəlmədiyini bildirib:
“Ronaldonu ən böyük futbolçulardan biri hesab etməyimə baxmayaraq, bu transfer bizim fəlsəfəmizə uyğun gəlməyəcək”.
Bundan əvvəl Ronaldonun “Mançester Yunayted”dən ayrılmaq istədiyi bildirilmişdi. Portuqaliyalı forvard klubun transfer bazarındakı işindən razı deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin