
Ronaldo baş məşqçisiz qaldı
Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu baş məşqçisi Luis Kastro ilə yollarını ayırıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssis son dövrlərdəki uğursuz nəticələrə görə vəzifəsindən qovulub.
Portuqaliyalı çalışdırıcı 2023-cü ildən Asiya təmsilçisinin uğurları üçün çalışırdı.
“Əl-Nəsr” son 6 oyunda 2 qələbə qazanıb, 3 heç-heçə edib və 1 dəfə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin