
Ronaldodan AÇ-2024-ün qalibi ilə bağlı proqnoz
Braziliya millisinin və “Real”ın sabiq hücumçusu Ronaldo 2024-cü il Avropa çempionatının qalibini proqnozlaşdırıb.
Komanda.az “Mail Sport Football”-a istinadən xəbər verir ki, o, “Youtube” kanalında yayımlanan videoda bunları deyib:
“Məncə, qalib İspaniya millisi olacaq”.
AÇ-2024 bu il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək.
Ronaldo “qızıl top”un ikiqat qalibidir. Braziliyalı sabiq futbolçu 2011-ci ildə karyerasını bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin