Ronaldo Almaniya nəhənginə keçir?

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo karyerasını Almaniyada davam etdirə bilər.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 37 yaşlı portuqaliyalının agenti Jorje Mendeş ötən həftə “Bayern”in nümayəndələri ilə görüş keçirib. Sadio Manenin zədələnməsi səbəbindən Münhen klubunun rəhbərliyi Ronaldo ilə maraqlanmağa davam edir.

Ronaldo bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button