
Ronaldodan yeni uğur
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo yeni uğura imza atıb.
Komanda.az xəbər verir ki, 38 yaşlı forvard buna 14-cü turda “Əl-Oxdud”a 3:0 hesabı ilə qalib gəldikləri matçda dubl etməklə nail olub.
Beləliklə, Ronaldo karyerasında 10-cu dəfə qol və ötürmə sayında 60-ı keçib.
O, daha əvvəl 2010 (48+18), 2011 (60+18), 2012 (63+13), 2013 (69+15), 2014 (61+20), 2015 (57+17), 2016 (55+16), 2017 (53+12) və 2018-ci ildə (49+13) bunu bacarıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin